“Rabitə” uduzmaq bilmir
20.12.2010 - 10:48
“Rabitə” uduzmaq bilmir
Qadın voleybolçular arasında Super Liqanın IV turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində keçirilən qarşılaşmalarda sensasiya qeydə alınmayıb.

Turun ilk matçında “İqtisadçı” növbəti qələbəsini qazanıb. Universitet komandasının “Şirvan”la qarşılaşmasında 2 türkiyəli tanınmış mütəxəssisin dueli gözlənilsə də, “tələbələri” oyuna Rəşad Yazıçıoğulları çıxarmayıb. O klub rəhbərliyi ilə arasında anlaşılmazlıq yarandığından istefaya göndərilib. Buna baxmayaraq, Adnan Kistakın yetirmələri “başsız” komandaya 1:3 hesabı ilə uduzublar.

Digər matçlarda “Rabitə” və “Azərreyl” növbəti qələbələrini qazanıblar.

4 turdan sonra turnir cədvəlində dəyişiklik baş verməyib: “Azərreyl” və “İqtisadçı” 7 xalla liderlikləri davam etdirirlər. Onlardan 1 oyun az keçirən “Rabitə”nın aktivində isə 6 xalı var.

IV tur

“İqtisadçı” – “Şirvan” – 3:1 (25:14, 24:26, 25:22, 25:15)
“Rabitə” – “Bakı” – 3:0 (25:20, 25:19, 25:17)
“Azərreyl” – “Lokomotiv” – 3:0 (28:26, 25:13, 27:25)

1

Azərreyl

4

3

1

10-3

7

2

İqtisadçı

4

3

1

9-4

7

3

Rabitə

3

3

0

9-1

6

4

Bakı

4

1

3

3-9

5

5

Şirvan

4

1

3

4-11

5

6

Lokomotiv

3

0

3

2-9

3

0