Amerikalı voleybolçu “İqtisadçı”dan ayrıldı
21.12.2010 - 11:08
Amerikalı voleybolçu “İqtisadçı”dan ayrıldı
“İqtisadçı” voleybol klubu baş məşqçi Rəşad Yazıçıoğullarının ardınca amerikalı legioneri Krista Matiçlə də vidalaşıb. Apasport.az saytının məlumatına görə, noyabrda komandaya transfer edilən voleybolçunun ölkəsinə qayıtmasına müqaviləsinin başa çatması səbəb olub. Belə ki, “İqtisadçı”ya cəmi 8 oyunda kömək edən Matiçlə bağlanan 2 aylıq müqavilənin vaxtı artırılmayıb.

Qeyd edək ki, amerikalı legioner paytaxt komandasına əsas heyətin 3 üzvünün dünya çempionatı ərəfəsində yığmasının düşərgəsində olduğu üçün transfer edilmişdi.
0