Türkiyə yığmasında braziliyalı baş məşqçi – FOTO
22.12.2010 - 11:51
Türkiyə yığmasında braziliyalı baş məşqçi – FOTO
Voleybol üzrə qadınlardan ibarət Türkiyə yığmasının yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avro-2011-in final mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan “ay-ulduzluları” braziliyalı mütəxəssis Marko Aurelio Motta çalışdıracaq. Əvvəllər “Əczaçıbaşı” klubunun da baş məşqçisi olan Motta ilə müqavilənin müddəti hələ açıqlanmır.

Qeyd edək ki, dünya çempionatında Türkiyə yığmasını 6-cı edən Mehmet Bedestenlioğlu az öncə istefaya göndərilib.
0