“Azərreyl”dən inamlı qələbə - YENİLƏNİB
22.12.2010 - 20:37
“Azərreyl”dən inamlı qələbə - YENİLƏNİB
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk matçında rəqib tanımayan “Rabitə” növbəti qələbəsini bayram edib. Dejan Brdjoviçin yetirmələri debütant “Şirvan”la qarşılaşmada asan qələbə qazanıblar.

İlk 3 qarşılamada qalib gələ bilməyən “Lokomotiv” isə uğursuzluğa son qoyub. “Bakı” ilə qüvvəsini sınayan Super Liqanın gümüş mükafatçısı çətinliklə də olsa, rəqibini məğlub etməyi bacarıb. Onlar hətta qələbə sayəsində bu il üçün Azərbaycan çempionatının ən məhsuldar rekordçusuna da çevriliblər. Belə ki, əvvəlki görüşlərdən fərqli, “Lokomotiv” - “Bakı” görüşünün son hissəsində 60 xal qeydə alınıb.

Tura mərkəzi qarşılaşma - “İqtisadçı” - “Azərreyl” oyunu ilə yekun vurulub. Gərgin mübarizə şəraitində keçən görüşdə qalib tay-brekdə müəyyənləşib. Həlledici setdə daha dəqiq oynayan Vüqar Əliyevin yetirmələri 3:2 hesabı ilə inamlı qələbə qazanıblar.

5 turdan sonra “Azərreyl” turnir cədvəlində vahid liderə çevrilib. II yerdə “dəmiryolçulardan” 1 oyun az keçirən “Rabitə” qərarlaşıb. “İqtisadçı” isə setlərin fərqinə görə üçüncü pilləni tutur.

22 dekabr

“Rabitə” - “Şirvan” - 3:0 (25:13, 25:17; 25:16)

“Lokomotiv” – “Bakı” - 3:1 (25:20, 20:25, 25:18, 31:29 )

“İqtisadçı” - “Azərreyl” - 2:3 (25:27, 14:25, 25:22, 26:24, 12:15)

1

Azərreyl

5

4

1

13-5

9

2

Rabitə

4

4

0

12-1

8

3

İqtisadçı

5

3

2

11-7

8

5

Bakı

5

1

4

4-12

6

4

Şirvan

5

1

4

4-14

6

6

Lokomotiv

4

1

3

5-10

5


0