“Azərreyl”in “Olimpiakos”la görüşünün vaxtı dəqiqləşdi
27.12.2010 - 14:18
“Azərreyl”in “Olimpiakos”la görüşünün vaxtı dəqiqləşdi
Bakının “Azərreyl” və “Lokomotiv” voleybol komandalarının “Çelenc Cup”ın 1/16 final mərhələsində ilk görüşlərinin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt klublarından mübarizəyə öncə “Lokomotiv” qoşulacaq.

Aleksandr Çervyakovun yetirmələri Avstriyanın “A Linz-Steg” komandası ilə yanvarın 4-də münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

“Azərreyl” isə onlardan 1 gün sonra ilk matçına çıxacaq. Yunanıstan çempionu “Olimpiakos”un qonağı olacaq voleybolçularımız yanvarın 5-də saat 21:00-da rəqiblərini sınağa çəkəcəklər.

Cavab oyunlarının keçirilmə günü hələ dəqiqləşməyib.

Qeyd edək ki, “İqtisadçı”nın Serbiyanın “Tent” klubu ilə görüşlərinin vaxtı bu günlərdə bilinəcək.
0