“Olimpiakos”un Azərbaycana gələcəyi tarix dəqiqləşdi
30.12.2010 - 11:39
“Olimpiakos”un Azərbaycana gələcəyi tarix dəqiqləşdi
“Azərreyl” voleybol klubunun Bakıda “Olimpiakos”la keçirəcəyi qarşılaşmasının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində Yunanıstan təmsilçisi ilə üz-üzə gələcək Vüqar Əliyevin yetirmələri cavab matçına yanvarın 12-də çıxacaqlar. “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək oyun saat 18:30-da start götürəcək.

Xatırladaq ki, “Olimpiakos” – “Azərreyl” görüşü yanvarın 5-də baş tutacaq.
0