Millimizin sabiq üzvü yenə çılpaq poza verdi - FOTOSESSİYA
30.12.2010 - 17:53
Millimizin sabiq üzvü yenə çılpaq poza verdi - FOTOSESSİYA
Fransada qadın voleybolçuların çılpaq şəkilləri əks olunan növbəti təqvim işıq üzü görüb. Apasport.az saytının məlumatına görə, son illərin ənənəsinə uyğun olaraq, 2011-ci ilin təqviminin səhifələrini də məşhur “Kann” klubunun voleybolçuları bəzəyib.

Ardıcıl 3-cü dəfə gözəlliklərini nümayiş etdirən fransalı xanımlar üçün artıq çılpaq şəkillər üçün poza vermək adi hala çevrilib. İldən-ilə bu sahədə peşəkarlaşan “Kann”ın üzvləri arasında komandanın kapitanı Viktoriya Ravva da var. Sabiq həmyerlimizin yer aldığı səhifə isə təqvimə xüsusi gözəllik verib. 35 yaşlı xanım əsl kapitan kimi, sanki komanda yoldaşlarını da soyunmağa cəlb edib.

Qeyd edək ki, Tiflisdə anadan olan Viktoriya ötən əsrin 90-cı illərinin əvvəlində Faiq Qarayev tərəfindən Bakıya dəvət edilmişdi. O, bir müddət yığmamızın şərəfini qoruyub və 1994-cü ildə keçirilən dünya çempionatına yollanan heyətdə yer alıb. Daha sonra Türkiyədə legioner həyatı yaşayan Ravva qeydiyyatını Fransaya dəyişib. Hazırda Fransa vətəndaşı olan Ravva indi bu ölkənin milli komandasının şərəfini qoruyur.
0