“Lokomotiv”in cavab matçının tarixi dəqiqləşdi
03.01.2011 - 10:51
“Lokomotiv”in cavab matçının tarixi dəqiqləşdi
“Lokomotiv” voleybol klubunun Bakıda “A Linz-Steg”lə keçirəcəyi qarşılaşmanın tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandamız “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində Avstriya təmsilçisi ilə cavab matçına yanvarın 12-də çıxacaq. Oyun “Sərhədçi” Olimpiya Mərkəzində saat 16:30-da başlayacaq.

Xatırladaq ki, komandalar arasında ilk görüş sabah Avstriyada keçiriləcək.
0