“Azərreyl” “Olimpiakos”la səfər matçına yollanası olmadı
03.01.2011 - 13:16
“Azərreyl” “Olimpiakos”la səfər matçına yollanası olmadı
“Azərreyl” voleybol klubu “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində hər 2 oyununu Bakıda keçirəcək. Apasport.az saytının məlumatına görə, Avropada hava şəraitinin pis keçməsi səbəbindən Yunanıstanın “Olimpiakos” komandası Vüqar Əliyevin yetirmələri ilə qarşılaşmaları Azərbaycanda keçirməyə razılıq verib.

Klublar arasında ilk matç yanvarın 12-də saat 19:00-da, növbəti görüş isə 1 gün sonra saat 19:30-da başlayacaq.

Xatırladaq ki, “Azərreyl” birinci oyununu sabah səfərdə keçirməli idi.
0