Kristina Azərbaycan klubundan qorxmur
03.01.2011 - 13:51
Kristina Azərbaycan klubundan qorxmur
“CEV kubokunda uduzsaq da, “Çelenc Cup”da yolumuza davam etmək istəyirik. Burada uğurlu oynayacağımıza ümid edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində Bakının “Lokomotiv” klubunun rəqibi olan Avstriya “A Linz-Steg”inin voleybolçusu Fabris Kristina deyib.

Kanadalı legioner “dəmiryolçular”la görüşün çətin keçəcəyini bildirib. Buna baxmayaraq, Kristina çətin matçda qələbə qazanacaqlarını proqnozlaşdırır: “Yanvarın 4-də baş tutacaq “A Linz-Steg” - “Lokomotiv” matçında qələbə qazanmaq bizim üçün vacibdir. Çünki CEV kubokunda uğursuz çıxış etdik. Çalışacağıq ki, azərbaycanlılarla oyunda bunun qisasını alaq. Düzdür, rəqibin heyətində kifayət qədər təcrübəli voleybolçular yer alıblar. Onlar II təsnifat mərhələsində Rusiyanın güclü “Omiçka” komandasına qalib gəliblər. Bu, bizi qorxutmur. Qarşılaşmanın çətin keçəcəyi gözlənilsə də, biz meydana qələbə üçün çıxacağıq”.

Qeyd edək ki, “A Linz-Steg” CEV kubokunun 1/16 final mərhələsində Fransanın “Roçeville” komandasına hər 2 oyunda (0:3, 1:3) uduzub.
0