“Azərreyl”in görüşündə hakim dəyişikliyi
03.01.2011 - 15:41
“Azərreyl”in görüşündə hakim dəyişikliyi
Avropa Voleybol Konfederasiyası “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində Bakının “Azərreyl” klubunun “Olimpiakos”la keçirəcəyi oyunlarının hakimlərini dəyişib. Apasport.az saytının məlumatına görə, Avropada hava şəraitinin pis olması səbəbindən hər 2 matçı Azərbaycanda keçirməyə razılaşan yunanlarla “dəmiryolçular”ın dueli Maçej Tvardovski (Polşa) və Pavel Andersona (Rusiya) həvalə edilib.

Yanvarın 12-də baş tutacaq ilk matçda əsas hakim funksiyasını Tvardovski yerinə yetirəcək. Bir gün sonrakı oyunda isə baş hakim Anderson olacaq.

Qeyd edək ki, daha öncə “Olimpiakos” – “Azərreyl” qarşılaşması İqnat Mitev (Bolqarıstan) və Eduard Kristinə (Rumıniya) tapşırılmışdı.
0