“Lokomotiv”dən asan qələbə
05.01.2011 - 09:59
“Lokomotiv”dən asan qələbə
Bakının “Lokomotiv” voleybol klubu 2011-ci ilə qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin ilk oyununda Avstriyada “A Linz-Steg” komandası ilə qarşılaşan “dəmiryolçular” rəqibini asanlıqla məğlub ediblər.

Belə ki, ilk setdə ev sahiblərinə 25:15 hesabı ilə qalib gələn Aleksandr Çervyakovun yetirmələri II hissədə 25:11 hesabı ilə qələbə qazanıblar. III setdə “A Linz-Steg” oyunda dönüş yaratmaq istəsə də, voleybolçularımız buna imkan verməyiblər və Avstriya təmsilçisini “quru hesabla” məğlub ediblər.


“A Linz-Steg” – “Lokomotiv” – 0:3 (15:25, 11:25, 18:25)

Xatırladaq ki, “Lokomotiv” - “A Linz-Steg” görüşü yanvarın 12-də keçiriləcək.
0