Yığmamızın 2 üzvü İran klubunda - FOTO
05.01.2011 - 17:36
Yığmamızın 2 üzvü İran klubunda - FOTO
Azərbaycan yığmasının daha 2 voleybolçusu karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “Azərneft” klubunun üzvləri Pərviz Səmədovla Dmitri Obodnikov İran çempionatında mübarizə aparacaqlar.

Azərbaycan çempionları I divizionda qüvvəsini sınayan “Şahrdari-Təbriz” klubunda icarə əsasında çıxış edəcəklər. 5 turdan sonra turnir cədvəlinin vahid lideri olan təbrizlilər həmyerlilərimizlə 6 aylıq müqavilə imzalayıblar.

Qeyd edək ki, Səmədov və Obodnikovdan öncə daha 3 voleybolçumuz xarici klublarda heyətində yer alırdılar. Onlardan Aleksey Çervyakov Rusiyanın “Krasnoyarsk”, Yevgeni Kovalenko Belarusun “Şaxtyor” (Soliqorsk) və Fərid Cəlalov Türkiyənin “Sivas 4 Eylül Bələdiyyəspor” (I liqa) klublarının şərəfini qoruyurlar.
0