Rumıniya çempionu Bakıya məğlub kimi gəlir
06.01.2011 - 10:31
Rumıniya çempionu Bakıya məğlub kimi gəlir
Qadın voleybolçular arasında Çempionlar Liqasının V turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Rabitə” ilə E qrupunda yer alan Rumıniya “Dinamo-Romprest”i Polşanın “Aluprof” klubunu qəbul edib.

Oyun gözlənildiyi kimi qonaqların qələbəsi ilə yekunlaşıb. Növbəti mərhələyə çıxmaq şansını saxlayan “Aluprof” Rumıniya çempionunu 3:1 (25:16, 25:21, 25:27, 25:19) hesabı ilə məğlub edərək xal sayını 8-ə çatdırıb.

Qeyd edək ki, bu matçın nəticəsindən asılı olmayaraq “Rabitə” turnir cədvəlində liderliyini qoruyub. Komandamızın aktivində 10 xalı var. İtaliya “Skavolini”si və Polşa “Aluprof”u 8 xalla 2-3-cü yerləri bölüşdürürlər. Son pillədə qərarlaşan “Dinamo-Romprest” isə cəmi 1 xala malikdir. Hələ də qələbəyə həsrət qalan Rumıniya çempionu VI turda “Rabitə”nin qonağı olacaq.
0