“Rabitə” pley-off mərhələsində! - YENİLƏNİB
06.01.2011 - 23:02
“Rabitə” pley-off mərhələsində! - YENİLƏNİB
Azərbaycan Super Liqasının qalibi “Rabitə” bu gün Çempionlar Liqasında növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi İtaliyada “Skavolini” komandasının qonağı olub.

Bu oyunda Dejan Brdjoviçin yetirmələri qrup liderliyini qorumaq üçün lazım olan 1 xalı qazanmağı bacarıblar. Voleybolçularımız rəqibə həlledici hissədə uduzsalar da, son turun nəticəsindən asılı olmayaraq, pley-off mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, Pesarodakı görüşdən sonra “Rabitə” xal sayını 11-ə çatdırıb və qrup liderlilərini davam etdirir. “Skavolini”nin 10, “Aluprof”un 8 və “Dinamo-Romprest”in 1 xalı var.

VI turda Azərbaycan çempionu “Dinamo-Romprest”i, “Aluprof” isə “Skavolini”ni qəbul edəcək.


21:00. “Skavolini” - “Rabitə” - 3:2 (20:25, 25:21, 25:19, 23:25, 15:6)
Hakimlər: Mariya Rodriguez (İspaniya), Zdravko Hraniç (Xorvatiya).

Rabitə

5

3

2

446-410

13-7

11

Skavolini

5

4

1

453-407

13-7

10

Aluprof

5

3

2

481-471

11-11

8

Dinamo-Romprest

5

0

5

356-448

3-15

1

0