Amerikalı legioner “Azərreyl”dən getdi
07.01.2011 - 12:24
Amerikalı legioner “Azərreyl”dən getdi
Bakının “Azərreyl” voleybol klubu amerikalı legioneri Angelina MkGinnesin xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, noyabrın əvvəlində Bakıda keçirilən beynəlxalq turnirdə zədələnən toppaylayıcının təkrar müayinədən sonra mövsümün sonunacan komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.

Bunun üçün 24 yaşlı voleybolçu artıq komandanın düşərgəsini tərk edərək vətəninə yollanıb. Super Liqada və “Çelenc Cup”da çempion olmaq istəyən “Azərreyl” isə artıq onun əvəzləyicisini axtarır.

Qeyd edək ki, bu günlərdə “İqtisadçı” da zədəli legioneri Filiz Özgürlə vidalaşıb.
0