2 qat Azərbaycan çempionu növbəti titulun ardınca Bakıya gəldi
11.01.2011 - 10:24
2 qat Azərbaycan çempionu növbəti titulun ardınca Bakıya gəldi
Bakının “Lokomotiv” voleybol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Super Liqanın ötən ilki vitse-çempionu Draqutin Baltiçə tapşırılıb. Serbiyalı mütəxəssislə mövsümün sonunacan müqavilə imzalanıb.

2 il “Rabitə”yə rəhbərlik etmiş çalışdırıcının qarşısına əsas məqsəd kimi “Lokomotiv”i Super Liqanın final və “Çelenc Cup” turnirinin yarımfinal mərhələsinə yüksəltmək tapşırığı qoyulub.

Xatırladaq ki, Baltiç 2008-2010-cu illərdə “Rabitə”yə rəhbərlik edib. O, paytaxt klubu ilə Azərbaycan çempionatının 2 dəfə qızıl medallarını qazanıb və CEV kubokunda III yeri tutub.
0