Hanke: Bakıdan sərfəli nəticə ilə dönəcəyik
21.02.2011 - 15:40
Hanke: Bakıdan sərfəli nəticə ilə dönəcəyik
“Səfərdən uğurlu nəticə ilə dönmək arzusundayıq. Ancaq rəqib də evdə üstünlüyü əldən verməməyə çalışacaq. Bunun üçün matç asan keçməyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Şviriner” komandasının voleybolçusu Denis Hanke deyib.

Sabah Azərbaycan Super Liqasının vitse-çempionu “Lokomotiv”i ciddi sınaq gözləyir. Bakılılar “Çelenc Cup” turnirinin 1/4 final mərhələsində Almaniyanın klubunu qonaq edəcək. Artıq paytaxtımızda olan rəqib ölkəmizə iddialı gəlib. Ölkəsinin milli komandasında da çıxış edən 22 yaşlı Hankenin sözlərinə görə, onlar ölkəmizdə uğurlu çıxışlarını davam etdirmək istəyirlər: “Turnirdə gərgin oyunlarımız olub. Lakin artıq yarımfinalın 1 addımlığındayıq. Bunun üçün bu seriyanı davam etdirmək istəyirik. Azərbaycan klubları güclüdürlər. Onların 3 təmsilçisi kubokda 1/4 finala yüksəliblər. Lakin biz Bakıda qələbə qazanmağı planlaşdırırıq. Fikrimcə, səfərdən sərfəli nəticə ilə dönməyi bacaracağıq”.

Qeyd edək ki, “Şviriner” də “Çelenc Cup” turnirində “Lokomotiv” kimi II təsnifat mərhələsindən mübarizəyə qoşulub.
0