“İqtisadçı” legionersiz “Kralovo Pole”yə qarşı
23.02.2011 - 00:01
“İqtisadçı” legionersiz “Kralovo Pole”yə qarşı
Bakının “İqtisadçı” voleybol klubu bu gün növbəti görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, Jan De Brandtın yetirmələri “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin ilk matçında Çexiyanın “Kralovo Pole” komandasını qəbul edəcək.

Bu mövsüm analoji yarışda məğlubiyyət nə olduğunu bilməyən “İqtisadçı”nın bu uğuru davam etdirmək şansı daha böyükdür. Çünki heyətində ancaq təcrübəli legionerlərə yer verən Bakı klubunun evdə rəqibə güzəştə gedəcəyi inandırıcı görünmür.

Düzdür, “Kralovo Pole” Çexiyanın aparıcı və köklü komandalarından hesab olunur. Lakin yerli voleybolçulardan qurulan Brno təmsilçisi Jan De Brandtın yetirmələri ilə müqayisədə çox zəifdirlər. CEV kubokunda mübarizəyə başlaması və burada ilk dueldəcə uduzmaları onların çox irəli gedəcəyinə zəmanət vermir.

“Kralovo Pole” “Çelenc Cup”da da 1/8 final səddini yalnız “Qızıl set” hesabına arxada qoyub. Bunun üçün “Sərhədçi” Olimpiya Mərkəzində olacaq qarşılaşmada “İqtisadçı”nın asan qələbə qazanacaqlarını proqnozlaşdırmaq olar.

17:00. “İqtisadçı” - “Kralovo Pole”
Hakimlər: Bayram Dikməntəpə (Türkiyə), Kristian Volf (İsveçrə)
“Sərhədçi” Olimpiya Mərkəzində
0