10-cu qələbəyə doğru
23.02.2011 - 00:03
10-cu qələbəyə doğru
Bakının “Azərreyl” voleybol klubu bu gün yubiley qələbəsini qazana bilər. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin ilk görüşünü keçirəcək Vüqar Əliyevin yetirmələri analoji yarışda rəqibinə qalib gələcəyi halda, 10-cu dəfə meydanı başa uca tərk edəcəklər.

Azərbaycanın ən titullu klubu bu uğura imza atmaq üçün Finlandiyada “Salo” komandasını məğlub etməlidir. Matçın favoriti “Azərreyl” olsa da, “soumilər” evdə heç də asan məğlub olmurlar. CEV kubokunda uduzaraq, “Çelenc Cup”da mübarizə aparan rəqibimiz 1/8 finalın cavab görüşündə doğma divarlar arasında qələbə qazanıb və “Qızıl set”də İsveçrənin “Kanti” komandasına qalib gəlib.

Qeyd edək ki, Azərbaycan klublarından indiyə kimi yalnız “Rabitə” Finlandiya təmsilçisi ilə qarşılaşıb. “Çelenc Cup” turnirinin 2008/2009-cu illər mövsümünün təsnifat mərhələsinə təsadüf edən matçda “rabitəçilər” “Vyesti” komandası ilə qüvvələrini sınayıblar. Həmin dueldə voleybolçularımız səfərdə 2:3 hesabı ilə uduzsalar da, Bakıda 3:0 hesabı ilə qalib gəlməklə mərhələ adlamağı bacarmışdılar.

21:30. “Salo” – “Azərreyl”
Hakimlər: Vlastimil Kovar (Çexiya) və Marek Lagyerski (Polşa)
0