Məğlubedilməz
23.02.2011 - 22:45
Məğlubedilməz
“Azərreyl” bu gün “Çelenc Cup” turnirində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız yarışın 1/4 final mərhələsinin ilk görüşündə Finlandiyada “Salo” klubunun qonağı olub.

Qarşılaşma “Azərreyl”in çətin qələbəsi ilə yekunlaşıb. Belə ki, ilk setdə 19:25 hesabı ilə uduzan Vüqar Əliyevin yetirmələri növbəti hissədə bərabərlik yaradıblar – 1:1. Lakin III setdə yenidən rəqib 26:24 hesabı ilə qələbə qazanaraq, önə çıxıb.

Bundan sonra özünə gəlməyi bacaran “Azərreyl” oyunda dönüş yaradıb. IV hissədə 25:14 hesabı ilə “Salo”nu məğlub edən voleybolçularımız tay-brekdə də 15:9 hesabı ilə qələbə qazanaraq, matçın nəticəsini müəyyənləşdiriblər – 3:2.

Bu həm də “Azərreyl”in “Çelenc Cup”da 10-cu qələbəsi kimi tarixə düşüb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü martın 2-də keçiriləcək

“Salo” – “Azərreyl” - 2:3 (25:19, 15:25, 26:24, 14:25, 9:15)
Hakimlər: Vlastimil Kovar (Çexiya) və Marek Lagyerski (Polşa)
0