Slovakiya yığmasından Azərbaycana
23.02.2011 - 13:40
Slovakiya yığmasından Azərbaycana
“Azərreyl” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, İsrail yığmasının voleybolçu İnessa Birman-Visotski ilə anlaşa bilməyən paytaxt komandası Slovakiya millisinin üzvü Martina Nosekovanı rənglərinə bağlayıb.

26 yaşlı Nosekova ilə müqavilə mövsümün sonunacan nəzərdə tutulub. O, “Azərreyl”ə gəlməzdən öncə Slovakiyanın “Slaviya” və Çexiyanın “Kralovo Pole” klublarında oynayıb.

Yığmaya 2004-cü ildən dəvət alan Martina Azərbaycan milli komandasına qarşı da çıxış edib. O, Avro-2009-un seçmə mərhələsi çərçivəsində slovakiyalıların Faiq Qarayevin yetirmələrinə 2:3 hesabı ilə uduzduqları oyunda meydanda olub və komandasına 3 xal qazandırıb.

Qeyd edək ki, bu gün “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin ilk matçında Finlandiya “Salo”sunun qonağı olacaq “Azərreyl” artıq Nosekovanın adını sifariş ərizəsinə daxil edib.
0