Vüqar Əliyev: Əsas odur ki, Bakıya qələbə ilə qayıdırıq
24.02.2011 - 10:08
Vüqar Əliyev: Əsas odur ki, Bakıya qələbə ilə qayıdırıq
“Qarşılaşma çox gərgin alındı. Lakin sonda çətinliklə olsa da, qalib gəlməyi bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyev deyib.

Gənc mütəxəssis “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin ilk qarşılaşmasında Finlandiyada “Salo”ya 3:2 hesabı ilə qalib gəldikləri matça münasibət bildirib: “Rəqib evdə çox gözəl oyun nümayiş etdirdi. Buna azarkeş dəstəyi də böyük kömək oldu. “Salo”nun heyətində xüsusilə Virdjiniya De Karneni saxlamaq heç də asan deyildi. Yetirmələrimə onun hücumlarının qarşısını almaq üçün tapşırıq vermişdim. Əsas odur ki, Bakıya qələbə ilə qayıdırıq. Fikrimcə, cavab matçı da çətin keçəcək. Biz bu oyunda da yalnız qələbə üçün meydana çıxacağıq”.

Qeyd edək ki, “Azərreyl” – “Salo” matçı martın 2-də keçiriləcək.
0