Aleksandra Jaqelo: Biz sonacan döyüşəcəyik
25.02.2011 - 11:29
Aleksandra Jaqelo: Biz sonacan döyüşəcəyik
“Biz hələ mübarizəni dayandırmamışıq. Düzdür, ilk matçda məğlub olduq. Amma bu hələ hər şeyin sonu demək deyil”. Apasport.az saytının məlumatına görə, bu sözlər Polşanın “Bank BPS Fakro” klubunun voleybolçusu Aleksandra Jaqeloya məxsusdur.

Komandasının kapitanı bildirib ki, Çempionlar Liqasının II pley-off mərhələsinin ilk matçında Bakının “Rabitə” klubuna 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar: “Biz belə hallarla çox rastlaşmışıq. İlk oyunda uduzmağımız bizim Çempionlar Liqasına əlvida deməyimiz deyil. Biz sonacan döyüşəcəyik. Əlbəttə, “Rabitə” güclü komandadır. Onlarla Bakıda daha çətin rəqib olacaq. Lakin biz də asan təslim olmağa hazırlaşmırıq”.
0