Kimberli Qlass: Gəlin, eyforiyaya qapanmayaq
25.02.2011 - 12:19
Kimberli Qlass: Gəlin, eyforiyaya qapanmayaq
“3:0 hesabı ilə qələbə qazanmaq bizə heç də asan olmadı. Fikrimcə, qalib gəlməyimizin əsas səbəblərindən biri topu yaxşı qəbul etməyimiz oldu. Qızlar çox əla oynadılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Rabitə” klubunun voleybolçusu Kimberli Qlass deyib.

Çempionlar Liqasının II pley-off mərhələsinin ilk matçında Polşa “Bank BPS Fakro”sunun qonağı olan Bakı komandası 3:0 hesabı ilə qalib gəlib. “Rabitə”nin amerikalı legioneri Qlass bildirib ki, quru hesablı qələbəyə baxmayaraq cavab oyununa ciddi hazırlaşmaq lazımdır: “Oyunda çox istəklə mübarizə aparırdıq. Amma bunun müqabilində rəqibin oyununda məni heç nə təəccübləndirmədi. Hər bir matç bir növ sürpriz olur. Nəticəni heç vaxt əvvəlcədən bilmək olmur. Biz gözlədiyimiz kimi meydanda sərt mübarizə getdi. Lakin sonda qalib gəlməyi bacardıq. Gəlin, eyforiyaya qapanmayaq. Çünki qarşıda cavab matçı var. Səfərdə qazandığımız 3:0 hesablı qələbə aldadıcı görünə bilər”.
0