Yubiley ardınca yubiley
02.03.2011 - 00:00
Yubiley ardınca yubiley
“Azərreyl” voleybol klubu bu gün “Çelenc Cup” turnirində növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, ölkəmizin ən titullu komandası 1/4 final mərhələsinin cavab matçında Finlandiya təmsilçisi “Salo”nu qəbul edəcək.

“Suomilər”ə ilk matçda qalib gəlməklə, “Çelenc Cup”da 10-cu qələbəsini qazanan “Azərreyl” üçün bu qarşılaşma da əlamətdar olacaq. Belə ki, 2001/2002-ci illər mövsümündə qitə miqyaslı yarışlarda debüt edən komandamızın “Salo” ilə ikinci dueli Avrokuboklarda 80-ci matçı olacaq. “Azərreyl”in oyunlarının çoxu – 65,8 faizi Çempionlar Liqasına təsadüf edib. Onlar indiyə kimi keçirdikləri 79 görüşün 47-də qələbə qazanıb, 32-də isə məğlub olublar.

Xatırladaq ki, “dəmiryolçular” “Top komandalar” kubokunun sahibi olmaqla yanaşı, Çempionlar Liqasında “Dördlər finalı”na yüksəlməyi bacarıb.

Yarışın adı

O

Q

M

S

Çempionlar Liqası

52

27

25

97-95

Top komandalar kuboku

10

8

2

28-11

CEV kuboku

6

2

4

12-14

Çelenc Cup

11

10

1

31-7

CƏMİ

79

47

32

168-127

0