“Azərreyl” yarımfinala çıxıb, “Uraloçka”nı gözləyir - YENİLƏNİB
02.03.2011 - 19:21
“Azərreyl” yarımfinala çıxıb, “Uraloçka”nı gözləyir - YENİLƏNİB
Bakının “Azərreyl” voleybol klubu “Çelenc Cup” turnirində yarımfinala yüksəlib. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi bu uğura 1/4 final mərhələsində Finlandiyanın “Salo” klubunu məğlub etdikdən sonra yiyələnib.

Komandamız ilk görüşdə olduğu kimi, “Salo”nu yenə üstələyib. 1 həftə əvvəl Finlandiyada baş tutan qarşılaşmada 3:2 hesablı qələbəyə sevinən “Azərreyl” bu dəfə rəqibinə 1 set belə verməyib. Komandamız quru hesablı qələbə ilə 4 ən güclü komanda arasına çıxıb.

“Azərreyl”in yarımfinalda rəqibi çox güman Rusiyanın “Uraloçka” klubu olacaq. Yekaterinburq təmsilçisi ilk oyunda “Malyorka”nı (İspaniya) məğlub edib – 3:0. Bu komandalar arasında cavab oyunu az sonra keçiriləcək.

“Azərreyl” – “Salo” - 3:0 (25:20; 25:20; 25:16)
Hakimlər: Lucian Vlad (Rumıniya), Kaspars Timermanis (Latviya).
“Sərhədçi” Olimpiya Mərkəzi.
0