Yığmamızın kapitanı üçün yeni baş məşqçi - FOTO
02.03.2011 - 11:22
Yığmamızın kapitanı üçün yeni baş məşqçi - FOTO
Azərbaycan yığmasının kapitanı Oksana Parxomenkonun şərəfini qoruduğu Rusiyanın “Dinamo” voleybol klubunda baş məşqçi dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, Moskva təmsilçisi Çempionlar Liqasının I pley-off mərhələsində İtaliya “Skavolini”sinə uduzaraq mübarizəni dayandırdıqlarından, Valeri Losevə qapını göstəriblər. Onun əvəzinə isə klubu çalışdırmaq Vladimir Kuzyutkinə tapşırılıb. Ötən il Rusiya yığmasını dünya çempionu edən mütəxəssislə mövsümün sonunacan müqavilə imzalandığı bildirilir.

Qeyd edək ki, Parxomenko 2 ildir “Dinamo”nun uğurları üçün çalışır.
0