Azərbaycan yığmasında 2 yeni sima
02.03.2011 - 16:25
Azərbaycan yığmasında 2 yeni sima
Azərbaycan yığmasının heyətinə 2 yeni basketbolçu cəlb edilib. Bu barədə apasport.az saytına məlumatı milli komandanın meneceri Ləvənt Türknas verib.

Onun sözlərinə görə, Kamran İmanov və Bəxtiyar Ələkbərov martın 15-də Qırğızıstana yollanacaq millinin heyətində yer alacaq və onlar “Novruz kuboku”nda debüt edəcəklər: “Bu basketbolçuların hər ikisi çox perspektivlidir. “Qala” klubunda forma geyinən İmanov və Ələkbərov tezliklə yığmanın aparıcı oyunçusuna çevriləcəyinə inanıram. Çünki hər ikisinin 17 yaşı var. Boyları da basketbol üçün əladır. Kamran 204 sm, Bəxtiyar isə 206 sm-dir. Fikrimcə, onlar “Novruz kuboku”nda debüt oyunlarına çıxmalarına baxmayaraq, komandamıza böyük xeyir verəcəklər”.

Qeyd edək ki, “Novruz kuboku” martın 17-21-də keçiriləcək.
0