“İqtisadçı” “Çelenc Cup” turnirinin ən güclülərindəndir”
03.03.2011 - 09:54
“İqtisadçı” “Çelenc Cup” turnirinin ən güclülərindəndir”
“Biz sərt və balanslaşdırılmış rəqibə qarşı mübarizə apardıq. Onların heyəti çox güclü və təcrübəli voleybolçulardan təşkil olunub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Kralovo Pole” komandasının baş məşqçisi Andrey Marek deyib.

Təcrübəli mütəxəssis “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin cavab matçında Bakının “İqtisadçı” komandasına 2:3 hesabı ilə uduzduqları matça münasibət bildirib: “İlk görüşlə müqayisədə yaxşı təsir bağışladıq. Oyunçuların fədakarlığını yüksək qiymətləndirirəm. Onlar rəqibə qarşı layiqli mübarizə apardılar. Lakin 2:0 hesablı üstünlüyü əldən verdik. Bir sözlə, onları məğlub etməyə təcrübəmiz çatmadı. “İqtisadçı” “Çelenc Cup” turnirinin ən güclülərindəndir”.

Qeyd edək ki, ilk matçda da “Kralovo Pole”ni 3:0 hesabı ilə məğlub edən “İqtisadçı” yarımfinala vəsiqə qazanıb.
0