Boqdan Servinski: “Rabitə” bizdən güclü olduğunu sübut etdi
03.03.2011 - 19:37
Boqdan Servinski: “Rabitə” bizdən güclü olduğunu sübut etdi
“Rəqib əla oyun nümayiş etdirdi. Çalışdıq ki, Bakıda qələbə qazanmaqla oyunu uzadaq, amma alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Bank BPS Fakro” klubunun baş məşqçisi Boqdan Servinski deyib.

O, bu gün Çempionlar Liqasının II pley-off mərhələsində 3:0 hesabı ilə uduzduqları Bakının “Rabitə” komandasının çox güclü olduğunu bildirib: “Matçın belə çətin keçəcəyini bilirdik. Çünki “Rabitə” əla voleybolçulardan təşkil edilib. Onlar bugünkü oyunla bizdən güclü olduqlarını sübut etdilər. Azərbaycan çempionuna “Dördlər finalı”nda uğurlar arzu edirəm. İstərdim ki, onlar yarımfinalda da qalib gələrək finalda oynasınlar”.
0