12-si getdi, 14-ü gəldi - STATİSTİKA
09.03.2011 - 13:27
12-si getdi, 14-ü gəldi - STATİSTİKA
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının II mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 6 komandanın mübarizə apardığı 10 tur ərzində klublarımız 12 transfer reallaşdırıblar.

Bunlardan 10-u voleybolçu olduğu halda, 2-si baş məşqçidir. Belə ki, çempionatın gedişi ərəfəsində “Lokomotiv” və “İqtisadçı” çalışdırıcılarından imtina edərək, yeni mütəxəssisə güvəndilər.

Əsasən əcnəbilərin cəmləşdiyi klublarımızda gedənlərin də sayı az olmayıb. 12 yeni müqavilə imzalayan komandalarımız bunun əvəzində 14 voleybolçu ilə yollarını ayırıblar.

Qeyd edək ki, heyətini yalnız son Azərbaycan çempionu “Rabitə” toxunulmaz saxlayıb. Onlar hətta 1 transfer də reallaşdırıblar.

Gedənlər və gələnlərin siyahısı

“Rabitə”
Gələnlər: Marina Miletiç (Xorvatiya).

“Azərreyl”
Gələnlər: Nutsara Tomkom, (Tailand), Aynur Kərimova (Azərbaycan), Martina Nosekova (Slovakiya).

Gedənlər: Ange MakKins, Çeril Veaver (ABŞ) – zədəli olduqları üçün.

“Bakı”
Gələnlər: Paulina Qajevska (Polşa), Tanya Sabkova (Bolqarıstan), Odina Əliyeva (Azərbaycan).

Gedənlər: Sanya Tomaşeviç (Serbiya), Stansey Qordan (Kanada).

“İqtisadçı”
Gələnlər: Jan De Brandt (Belçika), İliyana Duqandjiç (Xorvatiya), Yaima Ortis Çarro (Kuba).

Gedənlər: Rəşad Yazıçıoğulları (Türkiyə), Fliz Özgür (Türkiyə) – zədə səbəbindən, Kristal Matiç – müqaviləsi bitdiyi üçün, Alioskar Blanko (Venesuela).

“Lokomotiv”
Gələnlər: Draqutin Baltiç (baş məşqçi, Serbiya), İnessa Birman-Visotski (İsrail).

Gedənlər: Aleksandr Çervyakov (baş məşqçi, Azərbaycan), Julie Rubensteyn (ABŞ) – zədələndiyi üçün.

“Şirvan”
Gedənlər: Paulina Qajevska (Polşa), Tanya Sabkova (Bolqarıstan), Odina Əliyeva (Azərbaycan) – hər üçü “Bakı”ya transfer olunub. Natəvan Qasımova – “Skavolini”yə (İtaliya) keçib.
0