Azərbaycan derbisi üçün ukraynalı hakim
10.03.2011 - 10:38
Azərbaycan derbisi üçün ukraynalı hakim
“Çelenc Cup” turnirinin yarımfinal görüşlərini idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası martın 15-də baş tutacaq “Azərreyl” (Azərbaycan) – “Uraloçka” (Rusiya) matçında ədaləti qorumağı slovakiyalı Pavel Vaskoya tapşırıb. Ona köməkçi hakim kimi isə Helmut Çrişinq (Avstriya) təyin edilib.

Bir gün sonra keçiriləcək Azərbaycan duelində - “İqtisadçı” – “Lokomotiv” görüşündə isə əsas fit sahibi Mixaylo Medvid (Ukrayna) olacaq. II referi funksiyasını isə belaruslu Aleksandr Piasetski yerinə yetirəcək.

Qeyd edək ki, Çrişinq 1/4 final mərhələsində “Lokomotiv” – “Şviriner” (Almaniya) matçında baş hakim kimi meydana çıxmışdı.
0