“İqtisadçı” problemlə üzləşdi
14.03.2011 - 12:56
“İqtisadçı” problemlə üzləşdi
“İqtisadçı” voleybol klubu problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, universitet komandasının yeni transferi Yaima Ortis Çarro zədələnib. Məşqdə zədələnən Kuba yığmasının üzvünün 1 ay meydana çıxmayacağı gözlənilir.

Qeyd edək ki, Ortis “Omiçka”nın heyətində “Çelenc Cup”da çıxış etdiyindən, Azərbaycan çempionatının bürünc mükafatçısına analoji turnirdə yarımfinal və final mərhələsində kömək edə bilməyəcək. Lakin onun Super Liqanın final mərhələsinə kimi heyətə qayıtması proqnozlaşdırılır.
0