Yaponiya yığmasının məşqçisi Azərbaycanda
14.03.2011 - 16:03
Yaponiya yığmasının məşqçisi Azərbaycanda
Qadın voleybolçulardan ibarət Yaponiya yığmasının məşqçisi Abo Kiyoşi Azərbaycana səfər edib. Apasport.az saytının məlumatına görə, asiyalı mütəxəssisin ölkəmizə gəlməsində əsas məqsəd Super Liqada “İqtisadçı”nın şərəfini qoruyan Yuko Sanonun son durumu ilə tanışlıq xarakteri daşıyıb.

O, Azərbaycan çempionatının bürünc mükafatçısının məşqlərini izləyib. 3 günlük səfər isə bu gün başa çatıb və Kiyoşi vətəninə yola düşüb.

Qeyd edək ki, Yuko Sanonun şərəfini qoruduğu Yaponiya yığması son dünya çempiontının bürünc mükafatçısıdır.
0