Pley-off mərhələsində növbəti matçların vaxtı bilindi
15.03.2011 - 14:42
Pley-off mərhələsində növbəti matçların vaxtı bilindi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının pley-off mərhələsinin II görüşlərinin keçirilmə tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, turnir cədvəlində 3-6-cı yerləri tutan komandalar növbəti dəfə martın 24-də bir daha üz-üzə gələcəklər.

Meydan öncə “Şirvan” - “Azərreyl” cütünün ixtiyarına veriləcək. Onlardan sonra isə “Bakı” – “Lokomotiv” görüşü baş tutacaq.

İlk matçlarda 3:0 hesabı ilə qələbə qazanan “Azərreyl” və “Lokomotiv” eyni uğuru təkrarlayacaqları halda, final mərhələsinə yüksələcəklər. Burada isə onları “Rabitə” və “İqtisadçı” gözləyir.

Qeyd edək ki, son mərhələyə 2 qələbə qazanan komandalar vəsiqə qazanırlar. Əgər martın 24-də olacaq oyunlarda “Şirvan” və “Bakı” revanş edə bilsələr, komandalar III dəfə qarşılaşacaqlar. Bu oyunların isə martın 26-sı və ya 27-də keçirilməsi nəzərdə tutulub.
0