Rimas Kurtinaytis rəsmən “Ximki”də
16.03.2011 - 10:03
Rimas Kurtinaytis rəsmən “Ximki”də
Basketbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Rimas Kurtinaytisin Rusiyanın “Ximki” klubuna təyinatı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, litvalı mütəxəssislə mövsümün sonunacan rəsmi müqavilə imzalanıb.

Komanda Rusiya çempionatında yaxşı çıxış edəcəyi halda isə müqavilənin müddəti daha bir il artırılacaq.

Qeyd edək ki, Kurtinaytis milli komandamızla yanaşı, “Qala” klubunu da çalışdırıb.
0