Azərbaycan derbisindən “Lokomotiv” qalib ayrıldı - YENİLƏNİB
16.03.2011 - 19:30
Azərbaycan derbisindən “Lokomotiv” qalib ayrıldı - YENİLƏNİB
Bu gün “Çelenc Cup” turnirində yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu görüşdə 2 Azərbaycan klubu – Super Liqanın gümüş mükafatçısı “Lokomotiv” və bürünc mükafatçısı “İqtisadçı” üz-üzə gəliblər.

Azərbaycan çempionatının ilk 2 dövrəsində “dəmiryolçular”a 2 dəfə quru hesabla qalib gələn universitet komandası bu dəfə məğlubiyyətlə üzləşib. Belə ki, oyunun startından təşəbbüsə yiyələnən Draqutin Baltiçin yetirmələri sonacan bu üstünlüyü əldən verməyiblər. Düzdür, ilk 2 setdə 21:25 və 20:25 hesabı ilə uduzan “İqtisadçı” III hissədə oyunda dönüş yarada bilərdi. Lakin onlar hesabda irəlidə olmalarına baxmayaraq, sonda öz səhvləri səbəbindən qələbəni rəqibə “hədiyyə” ediblər – 26:28.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 20-də keçiriləcək.



“İqtisadçı” və “Lokomotiv”in Super Liqada oyunları

II tur
“Lokomotiv” – “İqtisadçı” – 0:3 (23:25, 18:25, 23:25)
VII tur
“İqtisadçı” - “Lokomotiv” – 3:0 (25:23, 25:17, 25:18)


“Çelenc Cup”, ilk yarımfinal görüşü

“İqtisadçı” – “Lokomotiv” - 0:3 (21:25, 20:25, 26:28)
Hakimlər: Mixaylo Medvid (Ukrayna), Aleksandr Piasetski (Belarus).
“Sərhədçi” Olimpiya Mərkəzi.
0