Titulu qorumaq üçün 5 rəqib
16.03.2011 - 15:35
Titulu qorumaq üçün 5 rəqib
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının “Novruz-2011” turnirində rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevin yetirmələri ötən il çempion olduqları yarışda Türkmənistan, Qırğızıstan milliləri ilə yanaşı, Qazaxıstanın “Kaspiy” (Aktau), ABŞ-ın “Atletı v deystii” və Özbəkistanın “Soqdiana” klubları ilə qarşılaşacaqlar.

Sabah Bişkekdə start götürəcək beynəlxalq turnirə martın 23-də yekun vurulacaq.

Qeyd edək ki, milli komandamız yarışa Azərbaycan çempionatında çıxış edən basketbolçularla yollanıb.
0