Azərbaycan yığması “Yeltsin kuboku” turnirindən imtina etdi
16.03.2011 - 16:00
Azərbaycan yığması “Yeltsin kuboku” turnirindən imtina etdi
Rusiyada keçirilən ənənəvi “Yeltsin kuboku”nun iştirakçılarının adları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, iyulun 5-10-da baş tutacaq yarışda Azərbaycan yığması iştirak etməyəcək.

Komandamızın öncədən turnirdə mübarizə aparacağı gözlənilsə də, onları Polşa yığması əvəz edib. Nəticədə “Yeltsin kuboku”na ev sahibləri ilə yanaşı, Braziliya, İtaliya, Çin, Hollandiya, Ukrayna və Polşa voleybolçularının qatılacağı təsdiqlənib.

Qeyd edək ki, millimiz ötən il də analoji yarışa dəvət almışdı. Lakin voleybolçularımızın zədələnməsi səbəbindən komandamız turnirdən imtina etmişdi.
0