Avrokubokda təmsilçilərimiz hakimlərini öyrəndi
17.03.2011 - 10:00
Avrokubokda təmsilçilərimiz hakimlərini öyrəndi
Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin yarımfinal mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 19-da Rusiyaya səfər edəcək Bakının “Azərreyl” klubunun “Uraloçka” ilə görüşünə hollandiyalı ədalət təmsilçisi Yakobus Nederhud təyinat alıb. Ona bu görüşdə köməklik etmək Roberto Borisə (İtaliya) tapşırılıb.

Bu matçdan 1 gün sonra baş tutacaq “Lokomotiv” – “İqtisadçı” görüşündə əsas fit sahibi Katarjina Sokol (Polşa) olacaq. II hakim funksiyasını isə eston Marqus Kapp yerinə yetirəcək.

Qeyd edək ki, ilk matçlarda “Azərreyl” 3:2, “Lokomotiv” 3:0 hesabı ilə qələbə qazanıb.
0