“Dördlər finalı” üçün 4 ölkədən 4 hakim
18.03.2011 - 10:05
“Dördlər finalı” üçün 4 ölkədən 4 hakim
Martın 19-20-də İstanbulda keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nı idarə edəcək ədalət təmsilçiləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) Türkiyədə baş tutacaq 4 oyunu idarə etmək üçün eyni sayda hakimin adını açıqlayıb.

Belə ki, “Rabitə” (Azərbaycan), “Fənərbaxça”, “Vakıfbank Günəş Sığorta” (hər ikisi Türkiyə) və “Skavolini”nin (İtaliya) mübarizə aparacağı “Dördlər finalı”na serbiyadan Zoriça Bjeliç, Çexiyadan Milan Labasta, İspaniyadan Mariya Susana Rodriquez və Almaniyadan Volker Şimenz təyinat alıblar. Oyunları hansı hakimlərin idarə edəcəyi isə görüşdən öncə dəqiqləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionu “Rabitə” sabah yarımfinal matçında İtaliya “Skavolini”sini sınağa çəkəcək.
0