Yığmamızdan 66 xal fərqi ilə qələbə
18.03.2011 - 18:44
Yığmamızdan 66 xal fərqi ilə qələbə
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bişkekdə keçirilən beynəlxalq turnirdə II qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, ilk görüşdə Qırğızıstanın klublar yığmasını məğlub edən Elxan Əliyevin yetirmələri bu gün Qazaxıstan “Okjetpes”i lə qarşılaşıb. Oyun 138:72 hesabı ilə basketbolçularımızın xeyrinə başa çatıb.

Qeyd edək ki, yığmamız sabah istirahət edəcək. Martın 20-də isə Qazaxıstanın “Kaspiy” klubu ilə qüvvəsini sınayacaq. Bundan 1 gün sonra isə rəqibimiz Qırğızıstan millisi olacaq.
0