Natalya Məmmədova: Medal üçün mübarizə aparacağıq!
19.03.2011 - 10:22
Natalya Məmmədova: Medal üçün mübarizə aparacağıq!
“Böyük uğura imza ataraq, “Dördlər finalı”na vəsiqə qazanmışıq. Komandamız bu mərhələyə yüksəldiyi üçün xoşbəxtik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Rabitə” voleybol klubunun kapitanı Natalya Məmmədova deyib.

Yığmamızın da şərəfini qoruyan təcrübəli voleybolçu Türkiyə mətbuatına verdiyi açıqlamada bildirib ki, İstanbulda keçirilən Çempionlar Liqasının “Dördlər finalı”ndan vətənə medalla qayıtmağı planlaşdırırlar: “5 il öncə Bakının “Azərreyl” klubu ilə bu mərhələdə çıxış etmişdim. Amma həmin vaxt dördüncü olduq. Bu dəfə isə komandamız çox güclüdür. Ancaq medal üçün mübarizə aparacağımızı söyləyə bilərəm”.
0