Azərbaycan çempionu göz yaşlarını saxlaya bilmədi
20.03.2011 - 00:03
Azərbaycan çempionu göz yaşlarını saxlaya bilmədi
“Rabitə” klubunun voleybolçusu Sanya Staroviç “Skavoloni” üzərində qazanılan qələbədən sonra göz yaşlarını saxlaya bilməyib. Serbiyalı legioner apasport.az saytına açıqlamasında bildirib ki, İtaliya təmsilçisi ilə yarımfinal matçının çətin keçəcəyi əvvəlcədən məlum idi. : “Sevincimdən ağladım. Azərbaycan voleybolunun tarixi uğurunda mənim də adımın olmasına görə sevinirəm. Çətin oyun olacağını əvvəlcədən bilirdik. Əlimizdən gələni etməliyik ki, finalda da qalib gələk”.

Xatırladaq ki, Azərbaycan çempionu “Dördlər finalı”nın yarımfinalında “Skavolini” üzərində 3:1 hesablı qələbə qazanıb. Finalda isə komandamızın rəqibi Türkiyənin “Vakıfbank Günəş Sığorta” komandası olacaq.
0