6 illik ənənə pozuldu
20.03.2011 - 12:00
6 illik ənənə pozuldu
“Rabitə” voleybol klubu İtaliya komandalarının Çempionlar Liqasının “Dördlər finalı”nda qələbə seriyasını qırıb. Apasport.az saytının məlumatına görə, onlar buna İstanbulda keçirilən yarımfinal görüşündə “Skavolini”ni məğlub etməklə nail olublar.

Belə ki, Pesaro təmsilçisinə 3:1 hesabı ilə qalib gələn voleybolçularımız rəqibin həlledici mərhələyə yüksəlməsinə imkan verməyiblər. Bu isə son 6 mövsümdə Çempionlar Liqasının qalibi olan İtaliya klublarının çempionluq seriyasının qırılması ilə nəticələnib.

Qeyd edək ki, finala yüksələn “Rabitə” bu gün Türkiyənin “Vakıfbank Günəş Sığorta” klubu ilə qarşılaşacaq.
0