Dejan Brdjoviç: Bizim itiriləsi heç nəyimiz yoxdur
20.03.2011 - 12:29
Dejan Brdjoviç: Bizim itiriləsi heç nəyimiz yoxdur
“Rəqibimiz çox yaxşı komandadır. Bütün oyunçuları təcrübəlidirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.

Serbiyalı mütəxəssis bu gün Çempionlar Liqasının final görüşündə Türkiyənin “Vakıfbank Günəş Sığorta” klubu ilə keçirəcəkləri matça münasibət bildirib: “Bilirik ki, final matçı çox çətin olacaq. Amma bizim itiriləsi heç nəyimiz yoxdur. Ona görə sərbəst oynayacağıq. Biz dünən göstərdik ki, yaxşı çıxış edə bilirik. Rəqib isə təzyiq altında olacaq. Əgər belə olarsa, hər şey yaxşı alınacaq”.

Qeyd edək ki, “Vakıfbank Günəş Sığorta” - “Rabitə” görüşü bu gün saat 20:00-da start götürəcək.
0