Azərbaycan çempionu klublararası dünya çempionatına vəsiqə qazandı
20.03.2011 - 13:18
Azərbaycan çempionu klublararası dünya çempionatına vəsiqə qazandı
“Rabitə” voleybol klubu adını Azərbaycanın idman tarixinə yazdırıb. Apasport.az saytının məlumatına görə, Bakı komandası Çempionlar Liqasının finalına yüksəlməklə, klublararası dünya çempionatına vəsiqə qazanıb.

Bu isə ölkəmizin idman tarixində yeni səhifə açıb. Çünki bu mötəbər yarışda indiyədək nəinki voleybolda, digər idman növlərində də təmsil olunmamışıq.

Mundiala oktyabrın 9-15-də Qətər ev sahibliyi edəcək.

Qeyd edək ki, klublararası dünya çempionatında Avropa qitəsinə 2 yer verilir. Analoji yarışın son qalibi isə Türkiyənin “Fənərbaxça” komandası olub.
0