“Rabitə”nin prezidenti: İnşallah, dünya çempionatında da birinci olarıq
20.03.2011 - 21:52
 “Rabitə”nin prezidenti: İnşallah, dünya çempionatında da birinci olarıq
“Rabitə” voleybol klubunun prezidenti Cəlil Cəfərov komandanın “Dördlər finalı” turnirində çıxışına münasibət bildirib. Apasport.az saytına açıqlamasında Cəfərov deyib ki, finalda uduzsalar belə, qazanılan ikinci yer də böyük uğurdur: “Biz qalib gəlməyi çox istərdik. Amma uduzduq. Hədəflərimiz böyükdür. Komanda debüt ilində CEV kubokunda üçüncü oldu. Bu il isə Çempionlar Liqasında ikinci yeri tutduq. İnşallah, gələn il klublararası dünya çempionatında qalib adını qazanarıq”.
0