“Daha böyük hədəflər uğrunda mübarizə aparacağıq”
20.03.2011 - 22:05
“Daha böyük hədəflər uğrunda mübarizə aparacağıq”
“Qalib gəlmək istəyirdik. Amma oyunumuz alınmadı”. Bunu apasport.az saytına açıqlamasında “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.

Azərbaycan çempionu “Dördlər finalı”nın həlledici matçında “Vağıfbank Günəş Sığorta” klubuna uduzaraq, ikinci yeri tutub. Oyunla bağlı fikirlərini açıqlayan Brdjoviç bildirib ki, komandası özünə oxşamayıb: “Komandamız dünənki oyunu göstərə bilmədi. Amma rəqib dünənki yarımfinal matçında olduğu kimi çox güclü çıxış etdi. İkinci yer də bizim üçün böyük uğurdur. Hədəflərimiz böyüyüb. Daha böyük hədəflər uğrunda mübarizə aparacağıq”.
0